Skip to main content

Posts

Showing posts from May, 2015

FİNLANDİYA: 2020 planı

İllərdin təhsilin keyfiyyətini müəyyən edən bütün siyahıların başında gələn FİNLANDİYA 2020-ci ilə qədər təhsildə radikal addımlar atmağı planlaşdırır. Artıq bu ölkədə ayrı-ayrı fənnlər (məs. coğrafiya, riyaziyyat, fizika və s.) keçilməyəçək. Həmin fənlərin əvəzinə ümumi tətbiqi mövzular keçiləcək. Bir dərs tarix, növbəti coğrafiya, daha sonra iqtisadiyyat dərsinin əvəzinə şagird məsələn, “Avropa Birliyi” mövzusunda həm tarixi, həm iqtisadiyyatı, xarici dili öyrənəcək. “Kafe xidməti” mövzusunu götürən şagird o iş üçün lazım olan riyaziyyatı, xarici dili, ünsiyyət bacarıqlarını mənimsəyəcək. “İstehsalın təşkili”, “Xidmət sahəsi” kimi ümumi mövzularda şagirdlər fizika, riyaziyyat, tarix və s. kimi klassik fənləri tətbiqi olaraq öyrənəcəklər. Finlandiyada məktəb müəlliminin orta illik əməkhaqqı 40-45 min dollardır. Fin təhsili ilə bağlı geniş məlumat video-da... https://www.youtube.com/watch?v=ZwD1v73O4VI

Georgi lenti

Dostlarım, facebook istifadəçiləri və hətta bəzi rəsmi facebook səhifələri Qələbə günü ilə bağlı “Georgi lenti” (şəkildə) içərən şəkillər paylaşır. Nədir bu Georgi lenti?

Karbon nanotüb

Ölkəmizdə ticarət mərkəzlərinin, restoranların həndəsi silsilə ilə artdığı dövrdə real iqtisadiyyat, müasir sənaye nümunələri də yaranır. Azərbaycan İnvestisiya Şirkətinin investisiyası hesabına “Sumqayıt Kimya Sənaye Parkı”da ilkin olaraq 1000 ton illik istehsal gücü olan karbon nanoboruların (carbon nanotube) istehsalı sahəsinin yaradılması planlaşdırılır. Yəqin ki, ilk sual artıq yarandı. Nədir karbon nanotüb?

Social Progress İndex

50-ci illərdən bayşayaraq uzun zaman iqtisadçılar ölkələrin və regionların iqtisadi fərqliliyini müqayisə etmək üçün "iqtisadi artım" meyarını əsas götürürdülər. lakin, təbii sərvətlərlə zəngin olan, lakin, sosial cəhətdən geri qalan ölkələrin "iqtisadi artım" meyarına görə dünya ölkələri arasında lider mövqedə olması bu meyarın “işləmədiyi” və daha dinamik ölçü mexanizminin formalaşdırılmalı olduğunu sübut etdi.