Dostlarım, facebook istifadəçiləri və hətta bəzi rəsmi facebook səhifələri Qələbə günü ilə bağlı “Georgi lenti” (şəkildə) içərən şəkillər paylaşır. Nədir bu Georgi lenti?

Dövlətçilik, ideologiyalar, dinlər, fəlsəfi cərəyanlar tarix boyu özünəməxsus simvollar yaratmışdır. “Georgi lenti” də Çar Rusiyasının, rus hərbisinin, rus imperializminin simvoludur. Qara və sarı rənglər müharibə barıtını və Müqəddəs Georginin dirilişini (xristianlığın ilkin çağlarında yaşamış din və xristianlıq uğrunda döyüşmüş dindar) simvolizə edir. Mükafat və orden şəklində ilk dəfə 1769-cu ildə çar Yekatrina tərəfindən təsis olunmuşdur. İlk orden isə 1770-ci ildə, 1768–1774-ci illər Rus-Türk müharibəsinin generalı olan Alexandrovich Rumyantsev-Zadunaisky-ə verilmişdi, məhz Çar imperiyasının sərhədlərinin genişlənməsi, yeni torpaqların ələ keçirilməsi və Rus hərbi sisteminin inkişafına görə. Keçən il Ukraynada baş verən hadisələr zamanı "Georgi lenti" Rusiya tərəfdarları tərəfindən istifadə olunurdu. 2014-cü ilin mayında Latviya hökuməti bu simvolun imperializmi ehtiva etdiyi üçün qadağan etdi. Eləcə də, digər Sovet simvollarının ictimai tədbirlərdə yayılması və nümayişi Latviyada qadağan olundu. Qazaxıstan, Belarus və digər Post-Sovet ölkələrində də bu əşya arzuolunmaz simvol hesab olunur. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvoluna çevrilib. 2000-ci ildə Rusiyada “Georgi lenti” formasında hazırlanmış Georgi ordeni təsis olundu.
Əgər qələbəni BİZ də bayram kimi qeyd ediriksə demək onun Rus imperializminə aidiyyəti yoxdur. Əgər yoxdursa onda Rus imperializminin simvolları da istifadə edilməməlidir. Yox, hesab edirsinizsə ki, Böyük Vətən Müharibəsindəki qələbə Rus hərbinə məxsusdur, onda “Georgi lenti”dən gen-bol istifadə edin. Amma unutmayın, bu halda Rus hərbinə məxsus qələbənin bizə aidiyyəti olmayacaq.