Skip to main content

Posts

Showing posts from December, 2015

Aşağı karbon iqtisadiyyatı və ya neft qərarı: COP21

BMT-nin baş katibi Ban Ki-moon: bu əvəzsiz razılaşma insanlıq üçün böyük sıçrayışdır. Bu ilin 7-8 iyun tarixlərində Almanyada keçirilmiş böyük yeddilərin (G7) görüşündə aşağı karbon iqtisadiyyatı, mədən yanacağının alternativlərinin inkişafı, alternativ enerji sahəsində innovasiyaların dəstəklənməsi sahəsində təşəbbüslər dəstəklənmiş və bu yekun deklorasiyada öz əksini tapmışdı. Artıq bir neçə ildir ki, qərb ölkələrində aşağı karbon iqtisadiyyatı haqqında daha yüksək səslə danışırlar. Bu mövzu böyük yeddilər, BMT, Avropa Birliyi səviyyəsində müzakirə olunur və ən əsası dəstəklənir. İl başa çatmamış daha bir önəmli və qlobal razılaşma əldə olundu. BMT-nin Parisdə keçirilən İqlim Dəyişikliyi Konfransı (COP21) dünən başa çatdı. Konfransda tarixdə ilk dəfə iqlim dəyişikliyi istiqamətində bütün dünya ölkələrinin razılığını ifadə edən Paris Razılaşması əldə olundu. 20 ildən artıq davam edən danışıqlar və 2 həftəlik konfrans nəticəsində 195 ölkənin əldə etdiyi razılıq mütəxəssislər tərə...

Karbon-neft erasının sonunu gətirəcək texnologiya

Bu ilin oktyabr ayında quraşdırılması və testləri tamamlanmış "Wendelstein 7-X" qurğusu üzərində helyum plazma eksperimenti bu gün müvəffəqiyyətlə həyata keçirildi.

Niderlandın yerli idarəetmə sistemi

Niderland 12 əyalətdən, və ya, hollandların təbirincə desək, kiçik dövlətdən ibarətdir. Ərazisinə görə ən kiçik əyalət Utrecht əyaləti, əhalisinin sayına görə ən kiçik əyalət isə Flevoland əyalətidir. Flevoland əyaləti dənizin qurudulması ilə yaradılmış süni torpaq sahəsində yerləşir. Şimal ərazisini təşkil edən Şimali və Şərqi Hollandiya əyalətləri iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərdir. Bəzən buna görə ölkənin rəsmi adı Niderland olsa da onu Hollandiya olaraq da adlandırırlar. Əyalət adminstrasiyası Əyalət Şurası tərəfindən idarə olunur ki, onun üzvləri hər 4 ildə bir dəfə keçirilən yerli seçkilərdə seçilir. Əyalət şurası həmin əyalətin əhalisinin sayından asılı olaraq formalaşır. Məsələn, Şərqi Hollandiya əyalətinin şurası 55 üzvdən, Flevoland əyaləti şurası isə 39 üzvdən ibarətdir. Əyalət şurası əsas yerli qanunverici qurum hesab edilir. Əyalətlərdə icra funksiyasını isə əyalət icraçıları həyata keçirir. Onların əsas funksiyası Şura tərəfindən qəbul olunmuş qayda və qəra...