Skip to main content

Karbon nanotüb

Ölkəmizdə ticarət mərkəzlərinin, restoranların həndəsi silsilə ilə artdığı dövrdə real iqtisadiyyat, müasir sənaye nümunələri də yaranır. Azərbaycan İnvestisiya Şirkətinin investisiyası hesabına “Sumqayıt Kimya Sənaye Parkı”da ilkin olaraq 1000 ton illik istehsal gücü olan karbon nanoboruların (carbon nanotube) istehsalı sahəsinin yaradılması planlaşdırılır. Yəqin ki, ilk sual artıq yarandı. Nədir karbon nanotüb?

Karbon nanotüb "karbon" ailəsinin qrafit-ə (karandaşın içi) bənzəyən bir üzvüdür. Bu material adından da göründüyü kimi, boru şəkillidir. Borunun diametri isə insan saçından 10 min dəfə kiçikdir, eyni zamanda, poladdan daha güclüdür. Karbon nanotüb daha çox tullantı plastik kütlədən alınacağı üçün ətraf mühitə əlavə faydası var. İkinci sual: harada istifadə olunacaq? Karbon nanotüb baza məhsuldur, üzərinə əlavə dəyər gətirməklə səhiyyədən sənayeyə qədər ən müxtəlif sahələrdə dünya düzənini dəyişəcək. Bir çox tətbiq sahələri üzrə araşdırmalar ilkin mərhələdədir, bəzi maraqlı tətbiq sahələrini qeyd edim. Hidrogen yanacaq - mədən yanacaqlarından (neft, benzin) fərqli olaraq hidrogen ətraf mühiti çirkləndirməyən yanacaqdır. Su filtrləri – karbon nanotüb ən yüksək səviyyəli absorbent (suəmici material) hesab olunur. O, çirkli və dəniz suyunun içməli suya çevrilməsi üçün əvəzolunmaz materialdır. Kompüter prosessorları – kvant kompüter çiplərinin hazırda mövcud olan super kompüterlərdən milyon dəfə daha sürətli olacağı gözlənilir. Mövcud kompüter sistemlərində “0” və “1”lər ayrılıqda mövcud olur. Yeni texnologiyada isə kvant bitlərnə (qubits) “1”, “0” və hər ikisi birlikdə və eyni zamanda mövcud olma imkanı yaradır. Bu da eyni zamanda milyonlarla hesablamanı aparmağa imkan verir. Kağız formalı səsgücləndirici (dinamik) –paltardan, pəncərədən, monitordan səsgücləndirici kimi istifadə etməyə imkan verəcək. Təsəvvür edirsiniz? Paltarınız mahnı oxuyur smile emoticon . Büküləbilən elektronika – tableti, telefonu kağız kimi qatlamaq mümkün olacaq. Aerogel – hava kimi yüngül olan bu material polad qədər yükgötürmə gücünə malik olacaq.

Bir sözlə, o ƏJDAHAdan bizdə də olacaq!