50-ci illərdən bayşayaraq uzun zaman iqtisadçılar ölkələrin və regionların iqtisadi fərqliliyini müqayisə etmək üçün "iqtisadi artım" meyarını əsas götürürdülər. lakin, təbii sərvətlərlə zəngin olan, lakin, sosial cəhətdən geri qalan ölkələrin "iqtisadi artım" meyarına görə dünya ölkələri arasında lider mövqedə olması bu meyarın “işləmədiyi” və daha dinamik ölçü mexanizminin formalaşdırılmalı olduğunu sübut etdi.
Həmin məqsədlə qeyri hökumət qurumu olan SOCİAL PROGRESS İMPERATİVE təşkilatı "Sosial yüksəlmə indeksi"ni (Social Progress İndex) formalaşdırdı. Bu indeks iqtisadçılar Amartya Sen, Douglass North və Jozef Stiglezin yazıları əsasında formalaşmışdı. "Sosial yüksəlmə indeksi" üç parametr - baza insan ehtiyacları, rifah və imkanlar, üzrə ölkələri qiymətləndirir. Hər bir parametr dörd individual komponentdən formalaşır (komponentlər və çəkiləri şəkildə). İndeksin hesablanmasına vətəndaşların təhsilə və İKT-ə çıxışı, səhiyyə və rifah, sudan istifadə, fərdi hüquqlar və s. kimi fundamental kriteriyalar təsir edir. SYİ üzrə 2015-ci ildə ən yüksək göstərici Norveçdə olmuşdur (ardı şəkildə). Qonşularımızdan Türkiyə 58, Gürcüstan 60, Ermənistan 61, Rusiya 71, İran 91-ci yerdə qərarlaşmışdır. Təəssüf ki, Azərbaycan 76-cı yerdə olmaqla Avropada ən aşağı mövqeyə sahibdir.
İndekslə bu linkdən daha ətraflı tanış olmaq olar: http://www.socialprogressimperative.org/data/spi/findings