Skip to main content

“Kopya” iqtisadiyyatı

Əvvəllər elə düşünürdüm ki, Sovet sənayesinin, texnologiyasının 60-cı illərdən sonra sürətlə Qərbə uduzmasının kökündə SSRİ-nin mexanikadan elektronikaya keçə bilməməsi, Sovet sənayesinin elektronikanın gücünü və potensialını düzdün qiymətləndirməməsi olub. "Sovet iqtisadi inkişafı və qərb texnoligiyası" kitabı isə tam başqa bir mənzərəni ortaya qoyur.
Əslində Sovet sənayesində tətbiq olunan təkmil mexanika/avtomatikanın əsasında Qərb şirkətləri və insan resursları durur. Sovet İttifaqı sənayesində elektronikaya keçidin baş verməməsinin səbəbi isə "soyuq müharibə", eləcə də, Qərb şirkətləri, mühəndisləri üçün Sovet qapılarının bağlı olması idi. Təkcə 1929-1940-cı illərdə Qərb ölkələrindən Sovetlərə 300.000-dən artıq yüksək keyfiyyətli avadanlıqlar ixrac edilmişdi. Məsələn, Kramators və Urakmaş kimi avtomobil sənayesi (həm də kənd təsərrüfatı avadanlıqları istehsalı) mərkəzləri Qərb texnikası hesabına qurulmuşdu. Necə ki, indi Çin sənayesi "kopyalamaq"la məşğuldur (Çinlilər təhsilə intensiv investisiya ilə qismən problemi həll ediblər), 30-40-cı illərdə Sovetlər də eyni sənaye tarixini yaşayıblar. 40-cı illərdə ABŞ istehsalı olan "Caterpillar D-7" traktoru Sovet İttifaqında "S-80" və "S-100" traktorları adı ilə "kopyalaanaraq" istehsal olunurdu. 45-ci ildən sonra isə Sovetlər Alman sənayesinin böyük bir qismini SSRİ-ə daşındı, Almaniyanın təkcə təyyarə sənayesinin 70%-i SSRİ-ə daşınmışdı.
NƏTİCƏ
İqtisadiyyat və sənaye ciddi, fundamental məktəblər və ənənələr üzərində qurulmalıdır. Texnologiyaların gətirilməsi qısamüddətli dövrdə iqtisadi inkişaf təəssüratı yaratsa da, uzun müddətdə rəqiblərə uduzacaq. Buna görə, təkcə avadanlığı, texnologiyanı, zavodu pulla almaqla iş bitmir. Əsil iş bundan sonra başlayır. Davamlı iqtisadiyyat üçün həmin texnologiyaların məktəbi də yaradılmalıdır, həmin istiqamətlərdə təhsilə investisiya qoyulmalıdır. Bunun üçün strateji baxış, hədəflər seçilməlidir. 
PS: Bu kitab çox maraqlı kitabdır. Kitabda siyasət və tarixdən bildiyimiz, öyrəndiyimiz Sovet dönəminin zəif tərəflərini, iqtisadiyyatda və sənayedə necə özünü göstərdiyini görmək olar.

http://www.amazon.com/Western-Technology-Soviet-Economic-Development/dp/0817917918