Skip to main content

Heykəltəraş Fuad Əbdürəhmanov

Azərbaycan musiqisi üçün Üzeyir Hacıbəyov kimdirsə, heykəltaraşlığı üçün də Fuad Əbdürəhmanov odur.
Avropa şəhərləri ilə müqayisədə Bakı heykəldən kasıb şəhərdir. Az da olsa mövcud olan dəyərli sənət abidələrinin böyük əksəriyyətinin müəllifi Əbdürəhmanovdur. Nizami Gəncəvinin, Səməd Vurğunun, Nizami heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lojasında), "Azad qadın" heykəlinin, onlarla mədəniyyət xadimlərin büstləri məhz bu sənətkarın əlindən çıxıb.

 Tacikistanın paytaxtı Düşənbə şəhərində da az sayda heykəl var. Ən gözəgəlimli, tanınmış abidə kompleksi isə şair Məhəmməd Rudakinin şərəfinə yaradılmış Rudaki parkındakı abidədir. 
Bu abidə kompleksinin müəllifi də Fuad Əbdurəhmanovdur (memarı isə Mikayıl Hüseynov). Heykəltəraş bu işinə görə 1964-cü ildə SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb.