Skip to main content

NANO texnologiya

İtaliyanın “Mextex” şirkəti üzgüçülər üçün “LZR racer” geyimini yaratmışdı. 
Bu geyimin özəlliyi ondan ibarət idi ki, onun dizaynında NASA-nın külək tunel testi avadanlıqları və maye axını analizi üçün proqram təminatından istifadə edilmişdi. Nano-texnologiyalarla hazırlanan “LZR racer” geyiminin dizaynı köpək balığının dərisindən götürülmüşdü (böyüdülmüş görünüş şəkildə). Belə dizayn idmançının əzələlərinə oksigen axınını sürətləndirir, bədənin dinamikliyini artırır. Ən maraqlısı isə, Pekin Olimpiadasında həmin geyimdən istifadə edən idmançıların 94%-i qalib gəlmişdi. 2009-cu ilin avqustuna qədər üzgüçülük üzrə 93 dünya rekordu bu geyimdən istifadə edən idmançılar tərəfindən qırılmışdı. 2010-cu ildən Beynəlxalq Üzgüçülük Federasiyası yarışlarda bu formada nano-tekstil məhsulu olan geyimlərdən istifadəni qadağan etdi. 

Bir sözlə, əsr texnologiya əsridir, özü də NANO texnologiya. Tefal şirkətinin qazanlarından, nano-salfetkaya, çirklənməyən geyimə qədər hər sahədə nano-texnologiya əsri bizi dindirməyə çalışır. Amma, dindirir əsr bizi, dinməyiriz...