Skip to main content

Atatürk’ə məktub...

Son türk sultanlarının, həm də Mustafa Kamal Atatürkün diş həkimi olan yəhudi əsilli Gunzberg'in tövsiyəsi ilə Eynşteyn 17 sentyabr, 1933-cü ildə Atatürkə məktub yazır. Məqsəd yəhudi alimlərin və elm adamlarının Almaniyada güclənən nasizm represyasından xilas etmək idi. Protokol gərəyi, məktub həmin dövrün baş naziri İsmət İnönüyə ünvanlanır. Ondan, yəhudi alimlərin fəaliyyətlərini Türkiyədə davam etdirmələri üçün şərait yaratmağı rica olunur. İ. İnönü əməkhaqqı tələbinin yüksək olduğunu əsas gətirərək məktuba “imtina” dərkənarı yazır (şəkildə görünür). Məktubla bağlı məlumat Atatürk’ə çatanda hər şey dəyişir. O, yəhudi alimlərinin ölkəyə gəlməsinə, hətta bəziləri üçün xüsusi dəvət göndərilməsinə icazə verir. Eynişteynin həmin məktubu (həm də Atatürkün təşəbbüsü) türk təhsil sisteminə əvəzsiz töhfə verir. Həmin dövrdə Türkiyəyə gələn yəhudi alimlər 50-ci illərin sonuna qədər türk təhsil sisteminin yenilənməsinə, müasir universitetlərin formalaşmasına, xüsusilə, ölkədə tibbi təhsilin inkişafına təkan olur. İsrail dövləti yarandıqdan sonra alimlərin əksəriyyəti İsrailə köçür. 
Yetərincə elmi araşdırmalar aparılıb, yazılıb, sübut olunub: davamlı iqtisadiyyatın, rəqabət qabiliyyətinin, insan inkişafının "sirri" TƏHSİLdədir.