Skip to main content

Qlobal İnnovasiya İndeksi

Hər il müxtəlif ölkələrdə yaranan innovasiyaları və innovativ məhsulları dəyərləndirən Qlobal İnnovasiya İndeksi (Qİİ) hesablanır.

İndeks 81 indikator üzrə iqtisadiyyatların innovasiya qabiliyyətini müqayisə edir. Digər ölçü meyarlarından fərqli olaraq Qİİ həm də institutları, insan kapitalını, infrastrukturu, biznes mühitini, bilik və kreativ nəticələri nəzərə alır.Dünya ölkələrində müəllimlərin orta əməkhaqqı səviyyəsi ilə Qlobal İnnovasiya İndeksinin 2014-cü il üzrə nəticələrini müqaisə etsək görərik ki, müəllimlərin ən yüksək maaş aldığı top 30 ölkə həm də innovasiya indeksində ən yüksək yerləri tutur. Maraqlıdır ki, innovasiya indeksi üzrə dünyanın top 30 ölkəsi sırasında cəmi 3 post-sosialist ölkə var: Estoniya, Çexiya və Slovenia. Məhz bu 3 ölkə müəllimlərin ən yüksək əməkhaqqı aldığı ölkələr sırasındadır. 

Sözümün canı nədir: innovasiyalara əsaslanan, davamlı, real, güclü iqtisadiyyatın BİR müəllifi var: MÜƏLLİM! Bir motoru var: TƏHSİL!
PS: Azərbaycanda 10-15 il tərcübəsi olan müəllimin orta illik əməkhaqqı: 25.000 $ və Qlobal Innovasiya Indeksi üzrə 143 ölkə arasında 7-ci yerdə OLMASINI ARZU EDİRİK. Amma orta illik əməkhaqqı 3-4 min dollardır və Qİİ üzrə ölkəmiz hazırda 101-ci yerdədir. Məlumat üçün: Qonşularımızdan Rusiya 49-cu yerdə, Türkiyə 54, Ermənistan 65, Gürcüstan 74-cü yerdə.