Skip to main content

Posts

Showing posts from May, 2016

Bir reform tarixi - General Park Chung-hee

Beyləqanda Yapon hökumətinin yardımı ilə tikilən tualetin açılışı gündəmin ən qaynar mövzusuna çevrilib. Yadıma Yapon hökumətindən kolleclərdə çalışmaq üçün müəllim, infrastrukturun qurulması üçün texniki yardım xahiş edən, ABŞ prezidentindən araşdırma mərkəzinin qurulması üçün dəstək istəyən, Almaniyadan gənclərin təhsilinə şərait yaratmağı xahiş edən Cənubi Koreyanın rəhbəri olmuş General Park Chung-hee düşdü. Ölkəsini yoxsul bir əyalətdən inkişaf etmiş ölkəyə çevirdi. Necə deyərlər niyyətin hara, mənzilin ora. Yapon hökuməti Azərbaycanda bağça tikdi, kiçik məktəblər tikdi, tualet istədik, iki alim istəmmədik Yapon hökumətindən ki, gəlib bizə tualet tikmək öyrətsin (I mean zero waste bio-toilet).  General Park 1961-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlir. Həmin illərdə Cənubi Koreyanın adam başına düşən milli gəliri 72$, savadlılıq səviyyəsi 22% idi. Ən əsası isə Şimali Koreya yarmadada həm iqtisadi, həm də hərbi baxımdan əsas güc hesab edilirdi. Gener...