Skip to main content

Anti-böhran siyasəti


Anti-böhran siyasəti

Qarışqanın işi buğdanı dənlikdən götürüb yuvasına daşımaq olur. Baxırlar ki, bu qarışqa yaman ləng işləyir. Məhsuldarlığın artırılması üçün bir insan resursları müdürünün təyin olunmasına qərar verirlər.
Əlavə xərclər yaranır, bu zaman da bir maliyyə direktoru təyin olunur. Xərcləri hesablamaq üçün bir mühasib gətirilir. İşçilərin sayı atdığına görə bir də icraçı direktor təyin olunur. Nəticədə məlum olur ki, qarışqanın məhsuldarlığı artmamış, əksinə xərclər çoxalmışdı. İcraçı direktor, maliyyə direktoru və insan resursları müdürü toplanır və xərclərin azaldılması üçün tədbirlər hazırlayır. Növbəti gün qarışqanı çağırırlar ki, ərizəni yaz səni işdən çıxarıblar. 
Anti-böhran addımları kimi ixtisarlar seçiləndə bu lətifə yadıma düşür. Volkswagen şirkəti 90-cı illərin əvvəllərində ciddi iqtisadi böhran keçirir. Məsləhətçilər şirkətə ixtisarın maliyyə vəsaitlərinə qənaətə səbəb olacağını bildirirlər. Şirkət rəhbərliyi açıq şəkildə bütün işçilərə və həmkarlar ittifaqına müraciət edir və durumu ətraflı izzah edir. İxtisar təklif olunduğunu və bu yolla qənaət edilə biləcəyi çatdırılır. Lakin, şirkətin bu addımı atmaq istəmədiyi və istənilən təklifin müzakirə edilə biləcəyi bildirilir. Şirkət işçiləri təklif irəli sürür ki, işçilər çıxarılmasın, iş saatı azaldılsın, buna uyğun maaşlar azaldılsın. Dəqiq hesablamalar rəhbərliyə təqdim olunur və belə də qərar qəbul olunur. 
NƏTİCƏ
İqtisadi böhran zamanı seçilən ən təkmil və effektiv yol şəffaflıq və vətəndaş iştirakı ola bilər.