Skip to main content

Albert Camus - müəllimə məktub

Albert Camus
1957-ci ildə Nobel ədəbiyyat mükafatının ona verildiyini xəbərlərdən eşidir və ona kasıbçılıq, məhrumiyyətlər içində keçmiş uşaqlığında, məktəb illərində hər zaman dəstək olmuş müəlliminə belə bir məktub yazır:

19 noyabr 1957-ci il
Dəyərli Monsieur Germain,

Bu günlər ətrafımdakı qarışıqlığı azca azaltmaqdan öncə sizinlə qəlbimin dərinliyindən danışmaq istəyirəm. Heç zaman axtarmadığım, nə də istəmədiyim olduqca böyük bir mükafat verilib mənə. Bu xəbəri eşidəndə, anamdan sonra ilk düşündüyüm siz idiniz. Siz olmasaydınız, mənə, o kasıb balaca uşağa uzatdığınız şəfqətli əlləriniz olmasaydı, sizin dərsləriniz və örnəyiniz olmasaydı, bunların heç biri baş verməyəcəkdi. Elə də böyük uğur əldə edə bilmədim. Amma, ən azı bu uğur mənə imkan verir ki, sizə sizin mənim üçün kim olmusunuzu deyim və sizi əmin edim ki, sizin zəhmətiniz, sizin əməyiniz və sizin buna qoyduğunuz səxavətli ürəyiniz hələ də sizin məktəbli oglanların birinin ürəyində yaşayır, illərə baxmayaraq, heç zaman sizə minnətdar şagird olmağı durdurmadım. Sizi bütün qəlbimlə qucaqlayıram.
Albert Camus