Niderland 12 əyalətdən, və ya, hollandların təbirincə desək, kiçik dövlətdən ibarətdir. Ərazisinə görə ən kiçik əyalət Utrecht əyaləti, əhalisinin sayına görə ən kiçik əyalət isə Flevoland əyalətidir. Flevoland əyaləti dənizin qurudulması ilə yaradılmış süni torpaq sahəsində yerləşir. Şimal ərazisini təşkil edən Şimali və Şərqi Hollandiya əyalətləri iqtisadi cəhətdən ən inkişaf etmiş əyalətlərdir. Bəzən buna görə ölkənin rəsmi adı Niderland olsa da onu Hollandiya olaraq da adlandırırlar. Əyalət adminstrasiyası Əyalət Şurası tərəfindən idarə olunur ki, onun üzvləri hər 4 ildə bir dəfə keçirilən yerli seçkilərdə seçilir. Əyalət şurası həmin əyalətin əhalisinin sayından asılı olaraq formalaşır. Məsələn, Şərqi Hollandiya əyalətinin şurası 55 üzvdən, Flevoland əyaləti şurası isə 39 üzvdən ibarətdir. Əyalət şurası əsas yerli qanunverici qurum hesab edilir. Əyalətlərdə icra funksiyasını isə əyalət icraçıları həyata keçirir. Onların əsas funksiyası Şura tərəfindən qəbul olunmuş qayda və qərarları icra etməkdən ibarətdir. Mərkəzi hökumət – Kral hər bir əyalətə kralın nümayəndəsini təyin edir ki, bu nümayəndələr əyalət şuralarına rəhbərlik edir.
Niderlandın bütün ərazisi 400 bələdiyyəyə bölünür ki, ölkədə əsas yerli idarəetməni məhz bələdiyyələr həyata keçirir. Təsadüfi deyil ki, Niderlandda mərkəzi hökumətdə 116 min, əyalət idarəçiliyində 13 min, bələdiyyələtdə isə 185 min dövlət qulluqçusu çalışır. Bələdiyyə şuraları da hər 4 ildə bir dəfə keçirilən seçkilərlə formalaşır. Bələdiyyə şurasının sədri isə mer adlanır. Merin əsas funksiyası bələdiyyə şuralarında qərarqəbuletmə və səsvermə prosesinin normal gedişini təmin etməkdir. Eləcə də, mer şəhər polisinin, yanğınsöndürmə və digər icra təşkilatlarının rəhbəri hesab edilir və həmin qurumların fəaliyyətini tənzimləyir. Niderlandda lisenziya və xüsusi icazələr bələdiyyələr tərəfindən verilir. Bələdiyyə yeni mağaza üçün, bina tikintisi, səyyar ticarət, festivallar üçün xüsusi icazələr verir. Bələdiyyə onun ərazisində yerləşən mağazalar üçün bağlanma saatını, məktəblərdə tətil zamanlarını təyin edə bilər.
Vətəndaşlara xidmət bələdiyyələr tərəfdən idarə edilən "şəhər zalları" adlandırılan vahid mərkəzdən həyata keçirilir. Bu zalların xüsusi memarlıq dizaynı olur, hansı ki, daha şəffaf, müştəri-yönlü, açıq formada layihələndirilir. Adətən, "şəhər zallarında" turizm mərkəzləri, kitabxana, yerli teatr kimi mədəni mərkəzlərə də ev sahibliyi edir. Məsələn, Amsterdam şəhərinin bələdiyyəsinə məxsus "şəhər zalında" həm də opera teatrı yerləşir. Demək olar ki, bütün bələdiyyələrin mərkəzində belə zallar mövcuddur.

Bu zallarda vətəndaş yeni pasport ala, düynaya gələn uşağın qeydiyyat sənədlərini əldə edə, nigahi qeydiyyatdan keçirə, tikinti icazəsi üçün müraciət edə bilər. Lakin, xidmətlər bununla kifayətlənmir və demək olar bütün növ baza vətəndaş-dövlət münasibətlərini əhatə edir. “Şəhər zalları” bir növ ölkəmizdə fəaliyyət göstərən ASAN xidmət mərkəzləri kimi fəaliyyət göstərir.
Bələdiyyələr həm də yerli ictimai nəqliyyatın və yerli əhəmiyyətli yollarda fəaliyyətin təşkilini həyata keçirirlər. Bələdiyyələrin ən məsuliyyətli və həssas fəaliyyəti isə sosial fəaliyyətlə bağlıdır. Niderland bələdiyyələri işsizlik məsələsi ilə bilavasitə məşğul olur. Ölkədə təhsil mərkəzi hakimiyyətin səlahiyyət sahəsi olsa da yerli bələdiyyə məktəbləri mövcuddur. Lakin, təhsilin təşkili mərkəzi hakimiyyət tərəfindən həyata keçirilir. Qanuni tələbləri yerinə yetirməklə hər bir şəxs özəl məktəb, dini və ya digər inanclarla bağlı məktəblər (məs. humanistik məktəblər) aça bilər. Bu baxımdan, Niderlandda dövlət məktəbi yoxdur, məktəblər özəl, qeyri-dövlət və ya bələdiyyələrə məxsus olur. Bələdiyyələr mədəni tədbirlərin, sərgilərin, teatr tamaşalarının, muzeylərin təşkilini də həyata keçirirlər. Özəl bir neçə kitabxana istisna olmaqla ölkədə mövcud olan bütün kitabxanalar bələdiyyələrin tərkibində fəaliyyət göstərir.
Bütün bu fəaliyyətin təşkili yerli vergilər hesabına toplanmış vəsait, mərkəzi hökumətin yardımı və digər qanunla qadağan olunmayan maliyyə vəsaiti hesabına həyata keçirilir. Bələdiyyə şuralarının ən aktiv fəaliyyəti büdcənin bölgüsü üzərində qərarların qəbulu ilə bağlıdır.