Bu ilin oktyabr ayında quraşdırılması və testləri tamamlanmış "Wendelstein 7-X" qurğusu üzərində helyum plazma eksperimenti bu gün müvəffəqiyyətlə həyata keçirildi.
Gələn ilin yanvar ayından isə hidrogen izotoplarının əridilməsi ilə təmiz və demək olar ki, sonsuz enerji əldə olunması üzrə sınaqlar başlayacaq. Bu layihənin ümumi dəyəri bir milyard dollardan yüksəkdir. Texnologiya konsept olaraq 50-ci illərdən mövcud olsa da qurğunun hesablama və dizayn ehtiyacını qarşılayacaq kompüterlər yox idi və nəzəri inkişafı tamamlanmamışdı. Müasir superkompüterlərin sayəsində qurğunun tutumuna olan hesablama ehtiyacı həll edildi və 2005-ci ildədən yaradılmasına başlandı.
Qurğu həm də mühəndislik baxımından bəşər tarixində layihələndirilmiş ən mürəkkəb qurğu hesab edilir. "Wendelstein 7-X" 100 milyon dərəcə selsi tempratura dözmə qabiliyyətindədir ki, bu tempratur günəşin mərkəzindəki tempraturdan 7 dəfə yüksəkdir. Yüksək tempratur isə elektronların atomdan ayrılması, elektronun plazmasının ayrılması ilə əldə olunur.
Sınaqların uğurla başa çatması enerji tarixinin dönüş nöqtəsidir. "Wendelstein 7-X" texnologiyası daha ucuz, ərtafmühitə az zərərli və daha keyfiyyətli enerji mənbəyinə çevriləcək.
PS: layihənin ilkin nəzəri əsasları 50-ci illərdə sovet İttifaqında yaradılıb.
PSS: Halxın uşağı nə işlə məşğuldu biz də gözləyirik neft 100-ə qalxsın...
