Skip to main content

Posts

Showing posts from November, 2015

Niderlandın pensiya sistemi

Niderland şübhəsiz dünyanın ən qabaqcıl pensiya sisteminə malik ölkədir. Bu ölkədə pensiya sistemi üç qola bölünür: dövlət pensiyası, əlavə kollektiv pensiya sub-sistemi və özəl fərdi pensiya məhsulları. Təqaüdə çıxan insan bu üç qoldan birincidən, birinci və ikincidən və ya birinci və üçüncü qoldan, eləcə də hər üç qoldan təqaüd ala bilər. Birinci qol. Dövlət pensiyasının tənzimləndiyi "Yaşa görə pensiya qanunu" 1957-ci ildə qüvvəyə minmişdir. Bu təqaüd növü baza gəliri təmin edir və minimum əməkhaqqı səviyyəsindən asılıdır. Evli yaşlıların (ər və həyat yoldaşı sağdırsa) hər biri minimum əməkhaqqının yarısı qədər (hazırda təxminən 700 Avro məbləğindədir) təqaüd alır. Tək yaşayan yaşlılarda isə bu məbləğ 70% və ya 1000 Avro civarındadır.  15-65 yaşlarda çalışan hər bir Niderland vətəndaşının əməkhaqqından 2% pensiya fonduna köçürülür ki, bu məbləğ də pensiya ödənişləri üçün istifadə olunur. İşəgötürən isə işçinin pensiya hesabına qross əməkhaqqının 17.9% məbləğində vəsa...