Henry Kissenger "On China" kitabında Çin və Hind diplomatiyasını müqayisə edir. Kitabda bu iki toplumun xarakteri həmin sivilizasiyalar tərəfindən yaradılmış iki intellektual stolüstü oyunun kontekstindən qarşılaşdırılır: "şahmat" və "veigi" (wéiqí-hərfi tərcüməsi mühasirə oyunu).
Çıxardığım nəticə odur ki, müasir reallıq da adətən nisbidir. Sosiologiya, psixologiya, siyasət kimi humanitar elmləri də indiki dövrdə mütləq qərarlar və nəticələrlə dəyərləndirmək doğru deyil. İndi həqiqəti “qeyri səlis məntiq” (fuzzy logic) daha dolğun və hərtərəfli əks etdirir. Riyaziyyatın bu nəzəriyyəsi də (müəllifi həmyerlimiz Lütfi-Zadə) veigi oyunu kimi mütləq və birmənalı nəticələr doğurmur, əksinə cavabları nisbi və müqayisəli əks etdirir. Görünən odur ki, Çin sivilizasiyasının yaratdığı intellektual oyun müasir dünyanın düzəninə daha uyğundur. Çin öz diplomatiyasını da bu reallıq üzərində qurur. Yəni, onların mütləq olmasa da zamanla qalib olma şansları daha yüksəkdir.
