Palmyra Suriya səhrasında, Dəməşq şəhərinin şimal-şərqində yerləşən, yaxın şərqin ən önəmli mədəniyyət mərkəzlərindən biri olub. Bir neçə sivilizasiyanın kəsişməsində yerləşən Palmyra şəhəri Yunan-Roma arxitekturası ilə yerli ənənələrin, eləcə də, fars mədəniyyətinin təsirilə inşa edilmiş yüzlərlə tarixi abidəyə ev sahibliyi edir.
Şəhər 1980-ci ildən UNESCO-nun dünya tarixi irsi siyahısına daxil edilib. Bu şəhərdə yerləşən Baalshamin məbədi, Bel məbədi və onun qarşısındakı “Al-lat” şir allahı heykəli, Palmyra teatrı, Tetrapylon (hər tərəfində qapı olan kub formalı qədim Roma arxitekturalı tikili) və s. belə dəyərli abidələri misal çəkmək olar.
Sabirin dili ilə..
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları,
Quli-biyaban görürəm, qorxmuram.
...
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!...
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram. (ardı şərhdə)
PS: Şerin üzərindən bir əsr keçib.
PSS: Bütün müsəlmanlara aid deyil.
Şəhər bir neçə həftədir ki, İraq Şam İslam Dövləti adlanan qrupun hücumlarına məruz qalır. Keçən həftə, “Al-lat” şir allahı heykəli (şəkildə..) həmin qrup tərəfindən məhv edilib. Mətbuatda Palmyra teatrının (şəkildə..) partladıldığı, digər abidələrin də ciddi təhlükədə olduğu haqqında xəbərlər verilir.
Düşünün ki, bu abidələr bir müsəlman ölkəsində deyil, Avropada yerləşir. Bu abidələr ölkəsinə turizmdən milyonlarla gəlir gətirərdi.
Sabirin dili ilə..
Payi-piyadə düşürəm çöllərə,
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları,
Quli-biyaban görürəm, qorxmuram.
...
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!...
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram. (ardı şərhdə)
PS: Şerin üzərindən bir əsr keçib.
PSS: Bütün müsəlmanlara aid deyil.




