Skip to main content

İphO 2015, nəticələr və prespektivlər...

Beynəlxalq Fizika Olimpiadası beş əsas elm olimpiadasından biridir (digərləri riyaziyyat, kimya, informatika və biologiya). Bütün elm olimpiadaları kimi, İPhO da ilk dəfə Şərqi Avropa ölkəsində, 1967-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilib. Olimpiadada komandalar 5 üzvdən və iki komanda rəhbərindən təşkil olunur. İPhO-da qızıl medallar ən yüksək nəticə göstərmiş 8% iştirakçıya, gümüş medallar növbəti 25% yüksək nəticə göstərənlərə, bürünc medallar isə növbəti 50% yüksək nəticə göstərən iştirakçılara təqdim olunur. Ən yüksək nəticə göstərən bir iştirakçı isə qızıl medalla bərabər yarışın xüsusi mükafatına layiq görülür. İndiyə qədər keçirilmiş yarışlarda ən yüksək nəticələri Çin və Macar təmsilçiləri əldə ediblər.

İki gün öncə, Hindistanın Mumbai şəhərində keçirilən 46-cı Beynəlxalq fizika Olimpiadası başa çatdı. Və artıq cavablar elan edilib. 46-cı Olimpiadada ən yüksək nəticəni Cənubi Koreya təmsilçisi göstərib. Eləcə də, yarışda Çin komandasının bütün üzvləri qızıl medal qazanıb (5 qızıl). Rusiya, ABŞ, Taivan, Cənubi Koreya komandaları isə Çindən bir qızıl medal az, dörd qızıl əldə edə biliblər. Olimpiadada iştirak edən həmyerlimizdən Tural Əliyev bürünc medal qazanıb (Qeyd: Tural keçən il Qazaxıstanda təşkil olunmuş Fizika Olimpiadasından da bürünc medal gətirmişdi). Qonşularımız və bizim yekun nəticələri şəkildən görə bilərsiniz.

Beynəlxalq elm olimpiadalarında Azərbaycanın qazandığı uğurlarda türk liseylərinin əvəzsiz rolu olub və bu təsir hələ də davam edir. Ümid edirəm ki, yeni yaradılan digər məktəblər və nəhayət bu sahəyə diqqət nəticələrin pisləşməsinə imkan verməyəcək. Təəssüf ki, son illər fizika olimpiadalarında zəif nəticə göstəririk.
Bu arada, İki gün sonra başa çatacaq Tailandda keçirilən 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında, hazırda Danimarkada davam edən Beynəlxalq Biologiya Olimpiadasında, 20 İyulda şəhərimiz Bakıda keçiriləcək Kimya üzrə Beynəlxalq Olimpiadada və 26 İyulda Qazaxıstanda baş tutacaq 27-ci beynəlxalq İnformatika Olimpiadasında iştirak edəcək iştirakçılara uğurlar arzulayıram!
Bu da 2014-cü ilin nəticələri: