Skip to main content

İanə

Qərbin super varlı biznesmenləri təkcə pullarının həcmi ilə deyil, həm də onların milyonlarla ölçülən ianələri ilə tez-tez gündəmə gəlir. 2014-cü ildə ABŞ sahibkarları tərəfindən edilən ən yüksək 10 ianənin həcmi 3.3 milyard dollardan yüksək olmuşdur.
Yəqin mətbuatdan tanışsınız, milyarder, "Paulson Co" investisiya şirkətinin sahibi John Paulson Harvard Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinə 400 milyon dollar ianə etdi. 2007-ci ildə bir neçə maliyyə əməliyyatından 4 mld dollar gəlir əldə edən J. Paulson’un varidatı 12 mld dollara yaxın olduğu hesab edilir. Amma bu son bir ilin ən böyük ianəsi deyil.
Microsoft şirkətinin yaradıcısı Bil Gates " Bill & Melinda Gates" Fonduna 1.5 mld dollar ianə köçürmüşdü. Vəsait inkişaf etməkdə olan ölkələrdə səhiyyə xidmətlərinin göstərilməsi, təhsil imkanlarının artırılmasına xərclənir.
Keçən il dünyasını dəyişən Ralph Wilson öz adını daşıyan Wilson Founduna bir milyard dollar ianə etmişdi. Fond bu vəsaiti uşaqların təhsili, səhiyyə və s. istiqamətlərdə olan layihələrə xərcləyir.
Sahibkar Ted Stanley ruhi xəstəlikdən əziyyət çəkən oğlunun xatirəsinə MİT və Harvard Universitetləri tərəfindən yaradılmış mənfəət məqsədi güdməyən Broad İnstitutuna 650 milyon dollar ianə etmişdi. İnstitut bu vəsaiti psixiatrik xəstəliklərinin genetikası sahəsində araşdırmalara xərcləyəcək.
whatsapp xidmətinin əsasını qoyanlardan biri olan Jan Koum "Silicon Valley Community" Fonduna 556 milyon dollar ianə edib.
Facebook"un ilk prezidenti olan Sean Parker "Sean N. Parker" Fonduna 550 milyon dollar ianə köçürmüşdür. Allergik xəstəlikdən əziyyət çəkən milyonçunun əsas məqsədi Stanford Universitetinin tərkibində Sean N. Parker Allergiya Tədqiqatları mərkəzinin yaradılması və bu sahədə tədqiqatların inkişaf etdirilməsidir.