Skip to main content

Hindiquş dağları


"Hinduquş" sözü məktəbdə coğrafiya fənnindən eşitdiyim ən maraqli adlardan biri idi. Düşənbədə qardas taciklərlə "Hindiquş" müzakirəsindən sonra bu dağlar haqqında yazmaq qərarına gəldim.
Həmin regiondan olan tacik Elmlər Akademiyasinin əmakdasi Hindiquş dağlarının tarix boyu faciə gətirdiyini, həm Tacikistanın, həm əfqanıstanın, həm də Pakistanın bu zəngin torpaqlar üzündən inkişaf edə bilmədiyinə təəssüflənirdi. Qədim dövrdə Hindistandan qaçan qulların bu dağlarda soyuğa, şaxtaya dözməyərək öldükləri üçün Hindiquş adı "hindlini öldürən" kimi adlanir. Hindistana yürüşü zamanı Makedoniyalı İsgəndər bu dağları Böyük Qafqaz dağlarına bənzədiyi üçün "Hindlinin Qafqazı" adlandırmışdı. Hindiquş dağları (Himalay dağ sistemi ilə birlikdə) 10 çay sisteminin mənbəyi olmaqla milyarddan çox insanı içməli su, əmtəə və xidmətlərlə təmin edir. Areal dünyanın 4 ən zəngin biofərqlilik mərkəzindən biri hesab olunur. Regionun siyasi coğrafiyası "böyük oyunun” (the Great Game) məhsuludur. Sərhədlər Britaniya İmperiyası ilə Rusiya İmperiyası arasında 1873-cü ildə əldə edilmiş razılıq əsasında müəyyən olunmuşdur.

Wakhan keçidi adlanan Hinidquş dağlarının yüksək dağlıq hissəsi nə Rusiya İmperiyasına (indiki Tacikistan), nə də Britaniya İmperiyasına (indiki Pakistan) verilir. “Böyük oyunun” nəticəsində, bu gün də siyasi sabitliyin bərqərar olmadığı həmin keçid balans məqsədi ilə Əfqanıstanın tərkibində (xəritədə görünür) qalır. Wakhan keçidi Əfqanıstanın Çinlə yeganə sərhədidir.