Skip to main content

G7

Böyük yeddilik ölkələrinin son görüşündə dünya üçün, həmdə bizim üçün olduqca önəmli olan razılaşmalar əldə olundu. Bizi yaxından maraqlandıracaq məsələ isə uzunmüddətli "aşağı karbon" strategiyasının hazırlanması ilə bağlıdır.
G7 ölkələri yaxın illərdə karbon əsaslı yanacaqdan (neft, qaz, daş kömür) istifadənin azaldılması və istifadənin effektivliyinin artırılması, eləcə də, aşağı karbon texnologiyalarının inkişafı üçün özəl sektorda kapitalın mobilizasiyası üzərində razılığa gəldilər. Bu anlaşmanı həm də rəsmən “aşağı karbon iqtisadiyyatının” başlanğıcı kimi də qiymətləndirmək olar. İqtisadiyyatı neftdən (qazdan) asılı ölkələri ağır “mübarizə” gözləyir. İranla bağlı 2 aprel anlaşması və 30 iyunda gözlənilən razılaşmanın özəl olaraq dəstəklənməsi isə neft bazarı üçün ayrı bir "dərddir". 
"Böyük yeddilər" qərara gəliblər ki, sistematik risk mənbəyi olan kölgə bankçılığının tənzimlənməsi və üzərində nəzarəti gücləndirsinlər. Bu sahədə riskin azaldılması və şəffaflığın artırılması üçün ölkələrarası əməkdaşlıq inkişaf etdiriləcək.