Son illər, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq anlayışları inkişaf etmiş ölkələrdə, hətta bəzi İEOÖ-də trend halını alıb. Elektron dövlət modeli isə hökumətlərin şəffaflıq və hesabatlığına mükəmməl alətlər verməkdədir.
Bununla bağlı “açıq data” konsepsiyası xüsusi olaraq qeyd olunmalıdır. Açıq data dövlət tərəfindən toplanılan məlumatların statistik formatda deyil, daha alt səviyyədə və daha detallı açıqlanmasıdır. Ən maraqlı və daha çox araşdırılan açıq data’lar şübhəsiz ki, dövlət xərcləri ilə bağlı olan məlumatlardır.
Açıq data ilə yaradılmış layihələrdən biri Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatının xərcləri ilə bağlıdır. "2014 FIFA World Cup Brazil" yarışlarına ümumilikdə 14 mld dollar vəsait xərcləndiyi bildirilir. Xərclərin böyük qismi infrastruktur layihələrinə, 3.4 mld$ 12 stadionun tikintisinə, 3.3 mld$ şəhər infrastrukturu, 2.6 mld$ aeroportlar, 797 mln$ təhlükəsizlik və s., xərclənmişdir. Təkcə Garrincha arenasının tikintisinə 900 mln$ vəsait sərf olunub. Yarışların təşkilinə xərclənən bütün vəsaitlərlə bağlı məlumatlar açıq data olaraq ( www.copatransparente.gov.br/homecopa ) portalda əks olunurdu. Bütün xərc maddələri, istiqamətləri, xərcləri yaradan müqavilələr, podratçılar və subpodratçılara ödənişlər yarandığı anda həmin portalda yerləşdirilirdi.
Demək olar ki, bütün İEÖ-in açıq xərc portalları mövcuddur. Böyük Britaniyanın açıq xərclər data’sı 5 gigabayta yaxın həcmə malikdir. Misal üçün, Sinqapurun büdcə vizualizasiyasına, İsveçrənin Bern şəhər xərclərinə, Tayvanın büdcə xərclərinə, Polşa büdcəsinə (linklər əlavədə) baxa bilərsiniz.
Büdcə məlumatlarının vizualizasiyasında Ermənistanın da maraqlı təcrübəsi var: https://www.e-gov.am/interactive-budget/ Baxın düşmən pullarını hara/necə/nə qədər xərcləyir.
Əlavə:
http://www.straitstimes.com/STI/STIMEDIA/Interactives/2015/02/budget_singapore_2015/index.html
http://be.budget.opendata.ch/
http://budget.g0v.tw/budget
http://marcinignac.com/projects/open-budget/viz/index.html
Əlavə:
http://www.straitstimes.com/STI/STIMEDIA/Interactives/2015/02/budget_singapore_2015/index.html
http://be.budget.opendata.ch/
http://budget.g0v.tw/budget
http://marcinignac.com/projects/open-budget/viz/index.html