Skip to main content

Beynəlxalq Riyaziyyat Olimpiadası və biz


Beynəlxalq Riyaziyyat Olimpiadası (International Mathematical Olympiad - İMO) ilk dəfə 1959-cu ildə Ruminiyada keçirilib. Sovet İttifaqı dağılana qədər vahid komanda ilə bütün riyaziyyat olimpiadalarında iştirak edib.
1959-cu ildən 1991-ci ilə qədər riyaziyyat olimpiadalarında 204 riyaziyyatçı Sovet İttifaqını təmsil edib. Həmin riyaziyyatçılar arasında cəmi bir nəfər azərbaycanlı olub: Sabir Hüseyinzadə. O, 1966-cı ildə Bolqarıstanda keçirilmiş riyaziyyat olimpiadasında 42 mümkün xaldan 40 xal toplayaraq, 100% nisbi nəticə ilə qızıl medala layiq görülüb. Hazırda Moskva Dövlət Universitetinin professoru olan Hüseyinzadə, həm də dünyanın ən tanınmış riyazıyyat jurnallarından biri "Moskva riyaziyyat jurnalı"nın ortaq baş redaktorudur.
PS: şəkildə 1966-cı ildə olimpiadaya düşmüş məsələlər əks olunub. Görün həll edə bilirsinizmi...