1927-ci ildə Brüsseldə keçirilmiş beşinci Solvay Konfransının yekununda çəkilmiş bu şəkil mübaliğəsiz bəşər elminin ən əhəmiyyətli görüşündən xatirədir. Konfransda iştirak etmiş 29 fizik (adları şərhdə) dünyaya gəlməsəydilər yaşadığımız dünya düzəni kökündən fərqli olardı. 17 Nobel mükafatçısı, eləcə də, onlarla müxtəlif ən önəmli elmi mükafatların sahibləri var bu şəkildə.
Konfransı dünya elmi üçün unudulmaz edən heç şübhəsiz iki dahi fizik, Albert Eynşteyn və Neils Bohr arasındakı mübahisə olmuşdur (bu mübahisə haqqında ayrıca yazacağam). Şəkildən də görürsünüz, konfransda cəmi bir fizik xanım iştirak edir, Maria Küri (Curie) – iki elm sahəsində Nobel mükafatı almış yeganə alim. Bəs dövrünün hansı dahi fiziki şəkildə yoxdur? Cavab doğrudur, Nikola Tesla!
