Yenicə yaranmış Sovet İttifaqında möhtəşəm hökumət binası - "Sovetlər Sarayı"nın tikilməsi üçün 1931-ci ildə memarlıq müsabiqəsi elan olunur.
İlk müsabiqə qalib seçilmədən başa çatır. Elə həmin ildə ikinci müsabiqə elan olunur və 272 konsept layihə müsabiqəyə təqdim edilir. Uzun çək-çevirdən sonra 2 il sonra Boris İofanın komandası tərəfindən təqdim olunan layihə qalib elan olunur.

Hündürlüyü 415 metr, əsas zalının həcmi 21min yer olan "ağ filin" tikintisi başlayır və təkcə bünövrə işləri 1939-cu ildə tamamlanır. İkinci dünya müharibəsinin başlanması hökuməti tikintini yarımçıq saxlamağa məcbur edir və istifadə olunmuş dəmir konstruksiya sökülərək Moskvanın müdafiəsində istifadə olunur. Yalnız 1958-ci ildə bünövrə təmizlənir və tikili açıq havada hovuza çevrilir.
Yəni, fil düzəldəndə də gərək təbii rəngində düzəldəsən ki, axırda dovşan alınmasın.