Berkley, Kaliforniya Universitetini birinciliklə bitirdi. MİT-nin yüksək kimya mühəndisliyini səkkiz aya fərqlənmə ilə başa vurdu və Alfred Sloan mükafatını qazandı. Berkley, Kaliforniya Universitetinin doktorantı oldu. 29 yaşında Harvard və Yale Universitetlərində kvant kimyası və fizikasından dərs dedi. Qərbin ən gənc professoru oldu. Ayrıca qanunla, ilk və tək “Türkiyə Cümhuriyyətinin Professoru” ünvanı verildi. Yaponiyada Türkiyənin özəl elçisi oldu. ABŞ Elm və Sənət Akademiyasının ilk türk üzvü oldu. Və daha nələr, nələr...
OKTAY SİNANOGLU beləcə möhtəşəm həyat hekayəsi yazdı, dünya elminə əvəzsiz dəyər gətirdi. Bu böyük insan dünən axşam, 80 yaşında dünyasını dəyişdi. Allah rəhmət etsin!
TEDdə çıxışına baxın, maraqlıdır. Bilim, mədəniyyət, tarixdən danışır. Hə bir də unutmayın, OKTAY SİNANOĞLU kvant kimyası, sigma molekular orbital nəzəriyyə, atom fizikası sahələrində çalışmışdır.
https://www.youtube.com/attribution_link?a=SC7I4VQXm58&u=%2Fwatch%3Fv%3DaqTCpMfm-fQ%26feature%3Dshare