İkinci dünya müharibəsinin sonu yaxınlaşırdı. 1945-ci ilin məhz bu günü (19 MART) Adolf Hitler "Nero fərmanı"nı imzaladı. Fərman Reyx (Almaniya) ərazisində müttəfiqlərin əlinə keçə biləcək bütün rabitə və nəqliyyat vasitələri, sənaye müəssisələri, təchizat anbarları və digər dəyərli təsisatların məhv edilməsini nəzərdə tuturdu. Fərmanın icrası Silahlanma və müharibə istehsalı naziri Albert Speer'ə tapşırılmışdı. Speer fərmanı oxuyanda diktatorun amansızlığından dəhşətə gəlmişdi. İcranı gecikdirmək üçün mərkəzi hakimiyyətdən əlahiddə səlahiyyətlər tələb etdi. Bu barədə məlumat Hitlerə çatanda Hitler Berlindəki bunkerində müttəfiqlər tərəfindən mühasirəyə alınmışdı və bir neçə gündən sonra elə bunkerdə intihar etdi.
Beləliklə, Speer fərmanı icra etmədiyi üçün Hitler tərəfindən cəzalandırılmadı. 45-ci ilin mayın 23-də Speer ABŞ generalı D. Eisenhoverin əmri ilə həbs olundu.
PS: Fərmanın adı “Nero” Böyük Roma imperatoru Nero'nun adından götürülmüşdü. Deyilənə görə, Nero e.ə 64-cü ildə yeni saray tikməyə boş yer əldə etmək üçün "böyük Roma yanğını"nı törətmişdi.
PSS: Fərmanla dağıdılmalı olan, lakin dağıdılmayan sənaye sahələrinin bir qismi sonradan qənimət kimi sökülərək Sovet İttifaqına gətirildi. Onlardan biri də Qaradağ sement zavodu idi, hansı ki, Almaniyadan sökülüb Sovet Azərbaycanına gətirilmişdi.